Əfqanıstanda "Taliban" terror qruplaşmasının üzvlərinin Balx vilayətində nəzarət-buraxılış məntəqəsinə etdikləri hücum nəticəsində ən azı 7 polis əməkdaşı ölüb.
Teleqraf.com-un məlumatına görə, hücum şənbə günü axşam saatlarında Çimtal vilayətində baş verib.
Hadisə nəticəsində terroçular da yaralanıb. Yerli polis bölmələrinin verdiyi məlumata görə, ən azı 3 talib yaralanıb.