17 Fevral 2019 14:32
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ərdəbil şəhərinə güclü qarın yağması nəticəsində ali və orta ixtisas məktəblərinin fəaliyyəti dayandırılıb.

Teleqraf.com xəbər verir ki, axşamdan başlayaraq yağan qar şəhərə gələn yolların bağlanmasına səbəb olub və şəhərdaxilində nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

Şəhər bələdiyyəsi yolların qardan təmizlənməsi işlərinə başlayıb.

Qeyd edək ki, Ərdəbillə yanaşı, Təbriz şəhərinə və Mazandaran əyalətinə də güclü qar yağıb. Əyalətin bəzi kəndləri ilə rayon mərkəzi arasında əlaqə kəsilib. Hazırda müvafiq strukturlar yolların açılması və kəndlərlə əlaqənin bərpa edilməsi istiqamətində iş aparırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər