17 Fevral 2019 15:35
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Tehrandakı səfiri Refet Məsud İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, diplomat İranın Pakistanla sərhədi yaxınlığında yerləşən Sistan Bəlucistan əyalətində Haş-Zahedan yolunda 27 hərbçinin ölümü ilə əticələnən terror aktına görə nazirliyə dəvət olunub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi yazılı açılamasında qeyd edib ki, son zamanlar Pakistanın daxilindən İrana yönəlik terror hücumlarının artdığı müşahidə olunur. İran Pakistan hökuməti və ordusundan ərazilərindəki terror qruplaşmalarına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsini gözləyir”.

Qeyd edək ki, insidenti “Ceyşul Adl” adlı terror təşkilatı öz üzərinə götürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər