İsrail və ABŞ-ın Yaxın Şərqdəki fəaliyyəti müharibəyə müharibə ehtimalını artırır.
Teleqraf.com xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.
Zərif İsraili Suriyanı vurmaqla beynəlxalq hüququ pozduğunu bildirib.
“Müharibə riski böyükdür. Əgər beynəlxalq hüququn pozulmasına Avropa göz yumsa risk daha da artacaq”, - deyə o vurğulayıb.