17 Fevral 2019 20:39
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin apreldə yenidən görüş keçirəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin müşaviri Yuri Uşakov deyib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan aprel ayında Moskvaya səfər etməyi planlaşdırır. Uşakov deyib ki, Ərdoğanın Moskvaya səfəri aprelin ilk hissəsində gözlənilir.

Bu görüş 2019-cu ilin əvvəlindən prezidentlər arasında keçirilən sayca 3-cü görüş olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər