18 Fevral 2019 09:14
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın İCE (Şəhərlərarası ekspres) İsveçrənin Bazel şəhəri vağzalı yaxınlığında relsdən çıxıb.

Teleqraf.com xəbər verir ki, qatar Berlindən İsveçrənin İnterlaken şəhərinə hərəkət edib. Qatarda 240 nəfər olub və onlar təxliyyə olunub.

Xəsarət alan olmayıb. Hadisənin səbəbləri barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com