Polşanın baş naziri Mataeuz Moravieçki İsrailə planlaşdırılan səfərini təxirə salıb.
Teleqraf.com xəbər verir ki, baş nazirin səfər proqramını ləğv etməsinə səbəb israilli həmkarı Netanyahunun 13-14 fevral tarixində Varşavada keçirilən konfrans zamanı polşalılar haqqında işlətdiyi fikir olub.
Varşavada olarkən Netanyahu mətbuata deyib ki, bəzi polşalılar Holokost soyqırımı dövründə nasistlərlə əməkdaşlıq edib.
Məlumat üçün bildirək ki, bu gün Qərbi Qüdsdə konfrans öz işinə başlayır. Konfransda Çexiya, Slovakiya, Macarıstan və digər ölkələrin baş nazirləri iştirak edəcək.
Qeyd edək ki, konfransa qatılmaqdan imtina etdiyi üçün Polşa baş nazirini ölkənin xarici işlər naziri təmsil edəcək.