Çinlə ticarət mövzusunda müzakirələr müsbət istiqamətdə irəliləyir. Vaşinqton və Pekin arasında ədalətli ticarət razılaşması əldə etməyə heç vaxt bu qədər yaxın olmamışıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Prezident əlavə edib ki, vergi tarifləri Çinə mənfi təsir göstərir: “Onlar tariflərin olmasını istəmir. Əgər bir razılaşma əldə etsək, tarifləri aradan götürməkdən şərəf duyaram”.
Qeyd edək ki, bu həftə Vaşinqtonda ABŞ və Çin liderləri arasında görüş keçiriləcək.