Ermənistan 2019-cu ilin sonlarına, 2020-ci ilin əvvəlinədək Rusiyadan 4 ədəd “SU-30SM” qırıcısı almağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan deyib.
Nazir qeyd edib ki, bununla bağlı Rusiya ilə danışıqlar aparılır:
“Hər şey bu texnikaların sürətlə hazırlanmasından asılıdır”.
Tonoyan əlavə olaraq, Rusiyadan 12 ədəd qırıcı almağı da planlaşdırdıqlarını açıqlayıb.