Federal Təhqiqatlar Bürosu direktoru vəzifəsinin sabiq icraçısı Endrye Makkeyb ABŞ Prezidenti Donald Trampın Amerika kəşfiyyatının Şimali Koreyanın qitələrarası ballistik raketlərlə bağlı hesabatına etibar etmədiyini, Rusiya lideri Vladimir Putinin isə onu bu raketlərin mövcud olmadığına inandırdığını bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “CBS News”a bildirib.
Makkeybin sözlərinə görə, ABŞ kəşfiyyat xidmətinin əməkdaşları D.Trampı Ağ Evdə keçirdiyi brifinqdə Birləşmiş Ştatlar kəşfiyyatının Şimali Koreyanın qitələrarası ballistik raketlərə malik olması haqqında məlumatlarının olduğuna inandırmağa çalışıblar.
“Mənim üçün fərqi yoxdur, mən Putinə inanıram”, – Makkeyb Trampın xəfiyyələrə belə cavab verdiyini söyləyib.
E.Makkeyb prezidentin bu reaksiyasının ABŞ kəşfiyyat xidməti nümayəndələrini “şok etdiyini” vurğulayıb.
Qeyd olunur ki, bir müddət öncə “Reuters” agentliyi ABŞ-ın Şimali Koreyanın nüvə və raket obyektlərinə giriş əldə etməyə çalışdığını bildirib.