19 Fevral 2019 14:54
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr (Saşik) Sərkisyan dövlətə 18.5 milyon dollar təhvil verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparatı məlumat yayıb.

Məlumata görə, barəsində cinayət işi açılmış Aleksandr Sərkisyan istintaq çərçivəsində könüllü olaraq mənimsəmə yolu ilə ələ keçirdiyi 18.5 milyon dollar maddi vəsaiti dövlətə geri qaytarıb.

Bundan əvvəl isə Baş nazir Nikol Paşinyan Saşikin Ermənistan banklarındakı hesablarında 30 milyon dollar vəsaitin olduğunu açıqlamışdı.

Aleksandr Sərkisyan isə baş nazirə cavabında onu bank sirlərini yaymaqda ittiham etmişdi və fondlardakı pulların qanuni sahibi olduğunu demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu