19 Fevral 2019 15:47
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq azərbaycanlı və çeçen ağsaqqalların görüşünə start verilib. Görüş Moskvanın düz mərkəzində – Kremlə yaxın ərazidə keçirilir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Moskvada yaşayan jurnalist Fuad Abbasov yazıb:

“Görüş Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun və Çeçenistan Respublikası başçısının köməkçisi Adam Delimxanovun iştirakı ilə keçirilir”.

F.Abbasov görüşdən qısa video da paylaşıb. Videoda P.Bülbüloğlu görüş başa çatdıqdan sonra mediaya bu barədə açıqlama veriləcəyini deyir.

Görüşdə tanınmış idmançı Zabit Səmədov da iştirak edir.

***

14:45

Bu gün Moskvada yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 15:00-da) Azərbaycan və çeçen xalqlarının ağsaqqallardan ibarət nümayəndə heyətlərinin növbəti görüşü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Moskvada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov özünün “Feysbuk” səhifəsində məlumat verib.

Fuad Abbasov görüşün Moskvanın mərkəzində yerləşən məkanlardan birində keçiriləcəyini desə də, dəqiq ünvanı açıqlamayıb. Əlavə edib ki, əvvəlki görüşdən fərqli olaraq bu görüş yüksək səviyyədə təşkil olunub:

“Bizim “xalq diplomatiyası” səviyyəsində keçirdiyimiz görüşdən fərqli olaraq bu görüş demək olar ki, dövlətlərarası bir görüşdür”.


Müəllif: Səxavət

Oxşar xəbərlər