“ABŞ Suriyanı parçalamaq və Fərat çayının şərq sahillərində yeni dövlət qurmaq istəyir”.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
Suriyadakı son gəlişmələr barədə danışan Lavrov rəsmi Vaşinqton və müttəfiqlərinə bölgədə atacaqları dağıdıcı addımlar barədə xəbərdarlıq edib.
ABŞ-ın Suriyadakı hərbi qüvvələrinin çıxarılmasının bölgədəki böhranın həllinə təkan verəcəyini deyən nazir qeyd edib ki, ABŞ-ın Suriyanın şimalında qurulacaq təhlükəsizlik zolağı ilə bağlı planı və bu yöndəki bəyanatları qəbuledilməzdir.