İsveçrənin Lozanna Federal Məhkəməsi Cenevrədə yerləşən parklardan birində qondarma erməni soyqırımı ilə əlaqədar mərasim keçirməsinə icazə verməyib.
Teleqraf.com xəbər verir ki, məhkəmə bu barədə müraciəti rədd edib.
Qərarda qeyd edilib ki, Federal Məhkəmə Tremblay Parkı ərazisində nəzərdə tutulan aksiyanın ermənilər və türklər arasında qarşıdurmaya gətirib çıxarmaq ehtimalını nəzərə alaraq müraciəti qəbul etmir.
Qeyd edək ki, 2001-ci ildə Cenevrə parlamenti qondarma erməni soyqırımını qəbul edib. Bundan sonra İsveçrədə yaşayan ermənilər Cenevrədə qondarma soyqırım abidəsinin qoyulması üçün aidiyyəti qurumlara müraciət ediblər.
Cenevrə parlamenti bununla bağlı olan layihəni 2008-ci ildə təsdiqləsə də, Türkiyə tərəfinin etirazlarını nəzərə alaraq, abidənin qoyulmasını qeyri-müəyyən vaxtadək təxirə salıb.