İraq Kürdüstanı başqanlıq Divanının rəhbəri Fuad Hüseyn İraq Şm İslam Dövlətinə (İŞİD) qarşı döyüşmək üçün Türkiyədən istədikləri hərbi yardımın, İŞİD-in əlindəki əsirlər və prezidenti seçkiləri əsas göstərilərək rədd edildiyini söyləyib.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, Erbildəki Rudaw TV-nin canlı yayıma qatılan Hüseyn İŞİD-ə qarşı mübarizədə dəstək almaq məqsədilə Türkiyəyə gizli bir səfər həyata keçirdiyini açıqlayıb. Hüseyn görüş yeri və hansı səlahiyyətli ilə görüşdüyünə dair məlumat verməsə də, Türkiyəli rəsmilərin cavabının belə olduğunu deyib: “Vəziyyətinizi başa düşürük, ancaq qarşıdakı prezident seçkiləri və İŞİD-in əlindəki Türkiyə əsirlərin can təhlükəsizliyindən dolayı bunu edə bilmərik”.
Hüseyn Türkiyədən yalnız humanitar yardım aladıqlarını bildirib. Bu arada İraq Kürdüstanı regional hökumətinin baş naziri Neçirvan Bərzani hakim Ədalət və İnkişaf Partiyasının avqustun 27-də keçirilən fövqəladə qurultayına qatıldıqdan sonra dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Görüşdə İraq və Kürdüstan bölgəsindəki son proseslərin, eyni zamanda neft ixracı məsələsinin müzakirə olunduğu öyrənilib. Bərzani baş nazir Əhməd Davudoğlu ilə də görüşüb.