“Rusiya Avropada güc yolu ilə hüquq qurmağa çalışır. Rusiya Avropada hüququn güclü tərəfdə olmasını göstərmək istəyir”.
Teleqraf.com modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, belə bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib. Onun sözlərinə görə çoxlarının buna görə narahatlığını anlayır.
O, Rusiya prezidenti Vladimir Putini də ittiham edib.
"Avropaya baxanda Rusiya prezidenti qərarların qəbulunda geridə qalır. Həmçinin özünün qonşularının müstəqilliyinə və ərazi bütövlüyünə qəsd edir. O kimin daha güclü və üstün hüquqlara malik olması ilə bağlı iddiaları sübut etməyə çalışır.”,-deyə Ağ Ev rəhbəri söyləyib.