20 Fevral 2019 11:47
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna kəşfiyyatı ölkədə martın 31-də keçiriləcək prezident seçkilərindən sonra Rusiyanın daxili sabitliyi pozmaq və çevriliş həyata keçirməyi planlaşdırdığını iddia edir.

Teleqraf.com xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin müavini Viktor Kononenkonun sözlərinə görə, rus kəşfiyyatının nəzarəti altında olan radikal qrupların 31 mart seçkilərinin ilk turunda sonra ölkə daxilində xaos yaratmağa hazırlaşırmış.

Kononenko əlavə edib ki, Rusiyanın nəzarəti ilə hərəkət edən “Ağ maskalılar” adlı radikal qrup seçkilərdən sonra dövlət qurumlarının binalarını ələ keçirmək, kütləvi etirazlar təşkil etmək və son nəticədə qarşıdurmalar yaratmaq planı qurub.

Adı çəkilən radikal qrupun lideri Yevgeni Morinetsin artıq həbs edildiyini bildirən Təhlükəsizlik Xidmətinin rəsmisi əlavə edib ki, Rusiya tərəfindən dəstəklənən bu şəxsin 31 mart seçkiləri günü “Meydan etirazları” dalğası başlamağa hazırlaşdığı təsdiqlənib.

Onun sözlərinə görə, təxribatları başlatmaq üçün “seçkilər saxtalaşdırılıb” iddiası ortaya atılmalı, daha sonra plana uyğun olaraq Ukrayna parlamenti ələ keçirilməli imiş.


Müəllif: Cavad

Oxşar xəbərlər