21 Fevral 2019 00:54
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Federativ Respublikasının hökumət rəsmisi Ulrike Demmer Rusiyanın kiçik və orta mənzilli raketlərin sayını azalmasının vacibliyini vurğulayıb.

Teleqraf.com xəbər verir ki, U.Demmerə görə, Berlin Rusiyadan “Orta və kiçik mənzilli raketlərin ləğvinə dair beynəlxalq müqavilə”nin şərtlərinə əməl etməsini tələb edir.

ABŞ prezidenti Donald Trampın ölkəsinin adı çəkilən müqavilədən çıxdığını bəyan etməsindən sonra Putin Rusiyanın müvafiq addımlar atacağını bildirib.

“Orta və kiçik mənzilli raketlərin ləğvinə dair beynəlxalq müqavilə", tərəflərə yerüstü ballistik raketlər və 500-5,5 min km. məsafəni vura biləcək qanadlı raketlər saxlamağı qadağan edir.

Mokva və Vaşinqton müntəzəm olaraq bir-birini sazişin şərtlərini pozmaqda ittiham edir.


Müəllif: Teleqraf.com