Yaponiya baş naziri Şinzo Abe ABŞ Prezident Donald Trampın qarşısında tələb qoyub.
Teleqraf.com xəbər verir ki, baş nazir gələn həftə ABŞ və Şimali Koreya liderlərinin görüşü zamanı Pxenyanın qaçırdığı iddia olunan Yaponiya vətəndaşlarının problemlərini gündəmə gətirməyi istəyib.
Yaponiya mediasının məlumatına görə, Abe və Tramp arasında telefon danışığı baş tutub.
Yapon lideri Şimali Koreya və ABŞ liderləri arasında görüş zamanı nüvə və raket sınaqlarına son qoyulması ilə yanaşı, 1970-1980-cı illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırıldığı iddia olunan Yaponiya vətəndaşlarının ölkələrinə göndərilməsinin də gündəmə gətirməyi zəruri sayıb.
Abe jurnalistlərə bildirib ki, ABŞ prezidenti onun tələbinə müsbət yanaşıb.