Braziliyanın Minas-Jerays ştatında torpaq bəndin uçması nəticəsində ölənlərin sayı 171 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin “Telesur” telekanalı Mülki müdafiə qüvvələrinə istinadən xəbər yayıb.
Qeyd olunur ki, insident “Vale” kompaniyasının ərazisində baş verib. Axtarış-xilasetmə işləri davam etdirilir. Daha öncə 169 nəfərin öldüyü bildirilirdi.
Braziliya polisi kompaniyanın 8 əməkdaşını istintaq çərçivəsində həbs edib.