ABŞ-ın Suriyada hər hansı strateji marağı olmadığı üçün Prezidenti Donald Trampın ordunu bu ölkədən çıxarmaq qərarı doğrudur.
Teleqraf.com xəbər verir ki, bu fikirləri beynəlxalq əlaqələr üzrə məşhur ekspert Con Mirşaymer deyib.
O, ABŞ-ın xarici siyasəti və liberal harmoniyanın süqutu haqqında iddiaları şərh edib. Bildirib ki, ABŞ prezidenti Trampın xarici siyasət anlayışında “liberal harmoniya” yanaşması mövcud deyil.
Con Mirşaymer liberal harmoniyanın çöküşünün əlamətləri kimi Donald Trampın prezident seçilməsi, Çinin sürətlə inkişafı və Rusiyanın yenidən toparlanaraq səhnəyə çıxmasını göstərib. Onun fikrincə, məhz bu mərhələdə Tramp seçkilərdə qələbə əldə edərək prezident seçilə bilib:
“Tramp özündən əvvəlki prezidentlərdən fərqli olaraq ABŞ-ın başçılığı altında liberal nizamın dalınca düşmür. Tramp mümkün qədər qarşıdurmanın mövcud olduğu ərazilərdən çıxmaq istəyir. ABŞ-ın Suriyada hər hansı strateji mənfəəti yoxdur deyə Trampın bu ölkədən çıxmaq qərarını doğru hesab edirəm. Qoy Suriyadakı problemi Rusiya yoluna qoymağa çalışsın”.
Əsl toqquşmanının ABŞ-la Çin arasında olacağına diqqət çəkən mütəxəssis hesab edir ki, neft qaynaqları olan Körfəz qarşılaşması daha çox əhəmiyyət daşıyır.
ABŞ üçün strateji əhəmiyyətinə görə Şərqi Asiya, Körfəz və Avropa qitsəinin adlarını çəkən Con Mirşaymerə görə, ABŞ-ın Çinlə üz-üzə gəlməsi 10 illər ərzində dünya siyasətinin əsas istiqamətlərini müəyyən edə bilər.