23 Fevral 2019 10:30
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Kiprin yunan kəsiminin maraqlarına uyğun addımlar atır.

Teleqraf.com xəbər verir ki, hazırda yunan Kiprinin xarici işlər naziri Nikos Hristodulidis Moskvada rusiyalı həmkarı Seygey Lavrovla müzakirələr aparır.

Aparılan müzakirələrdən sonra Rusiya xarici işlər naziri Seygey Lavrov bəyan edib ki, “Kiprdə təhlükəsizliyin təmin edilməsi üçün qarant ölkələrin fəaliyyəti artıq müasir çağırışlar və tələblərə cavab vermir”.

Nazirin fikrincə, Kipr adasında təhlükəsizliyin təminatçısı rolunda yalnız BMT-nin Təhlükəsizlik Şurası çıxış etməlidir.

Qeyd edək ki, Türkiyə, Yunanıstan və İngiltərə Kiprdə sülhün əldə edilməsində qarant ölkələr kimi qəbul olunur.

Bu arada bəlli olub ki, Nikos Hristodulidis rusiyalı həmkarını Kiprə rəsmi səfərə dəvət edib və Sergey Lavrov bu dəvəti məmnuniyyətlə qəbul edib.


Müəllif: Cavad

Oxşar xəbərlər