ABŞ şirkəti milyonlarla uyğur türkündən qan nümunələri toplayan Çinə cihaz satışını dayandırıb.
Teleqraf.com xəbər verir ki, Thermo Fisher şirkəti Çinə DNT analizləri üçün ləvazimat satmayacağını açıqlayıb.
ABŞ mediası Çinin bu qan nümunələri toplama əməliyyatında ABŞ şirkətinin imkanlarından yararlandığı üçün belə bir qərar verildiyini bildirib.
2018-ci ildə 24,5 milyard dollarlıq satış həyata keçirən Thermo Fisher şirkəti verdiyi açıqlamada “Elmə xidmət göstərən şirkət olaraq mallarımızın və xidmətlərimizin müştərilər tərəfindən necə və hansı məqsədlə istifadə edilm’sinin fərqindəyik” ifadələrinə yer verib.
Xatırladaq ki, Çinin Sincan bölgəsində qan nümunələri toplandığına dair məlumatlar yayılıb. Qeyri-rəsmi məlumatlara görə, Çin məmurlarının göstərişi ilə 36 milyon uyğurdan qan nümunələri götürüldüyü iddia olunur.