23 Fevral 2019 14:42
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, partlayış ölkədə seçkilərin keçirildiyi günə təsadüf edib.

Məlumata görə, partlayış ölkənin Yibe əyalətinin Geidam rayonunda baş verib. Rayon sakini İbrahim Gobi deyib ki, partlayış və hücumdan sonra yüzlərlə rayon sakini uşaqlarını götürərək rayonu tərk edib.

Şahidlər insanların Geidam rayonundan hələ də qaçmaqda davam etdiyini bildirirlər.

Xatırladaq ki, Qərbi Afrika ölkəsi Niferiyanın şimal hissəsi 10 ildən çoxdur ki, “Boko Haram” terror təşkilatının hücumlarına məruz qalır.

Əlavə edək ki, bu gün Nigeriyada həm parlament, həm də prezident seçkiləri keçirilir.


Müəllif: Cavad

Oxşar xəbərlər