“Türkiyə Əfqanıstan probleminin həlli prosesinə daxil ola bilər. Türkiyənin bu məqsədlə Moskvada keçiriləcək toplantıya qatılmasından şərəf duyarıq”.
Teleqraf.com xəbər verir ki, bu açıqlamanı Rusiya prezidenti Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadə ilə Ankarada görüşən Putinin elçisi türk diplomatlarla da müzakirələr aparıb.
Zamir Kabulov bildirib ki, Türkiyə Əfqanıstanda əhəmiyyətli aktyordur və Əfqanıstan probleminin həlli mərhələsində iştirak edə bilər.
Zamir Kabulov əlavə edib ki, ABŞ-ın Əl-Qaida və İŞİD kimi terror təşkilatları ilə mübarizədə Rusiya ilə əməkdaşlıq etməyə hazırdır:
“ABŞ Əfqanıstanda da sülhün və barışın əldə edilməsi üçün addımlar atdığını, əməkdaşlığa hazır olduğunu bildirir. Rusiya bu fikri dəstəkləyir”.