23 Fevral 2019 23:29
1 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda 300 avtomobil yanaraq kül olub.

Teleqraf.com xəbər verir ki, hadisə Hindistanın Karnataka ştatının mərkəzi Banqaloredə qeydə alınıb.

Hindistanın NDTV kanalı qeyd edib ki, “Hindistan hava Şousu-2019”-u izləmək üçün əraziyə gələn vətəndaşların saxladığı avtomobillər yanıb.

Məlumata görə, baş verən yanğın qısa müddətə bütün avtomobillərə sirayət edib. Nəticədə 300 avtomobil yanıb, 10 avtomobili isə xilas etmək mümkün olub.

Rəsmilər yanan avtomobillərin istifadəsiz duruma düşdüyünü deyib.


Müəllif: Cavad