Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Milli Məclisin deputatı Sabir Hacıyev Moldovada keçirilən parlament seçkilərini müşahidə edir.
Teleqraf.com-un məlumatına görə, Məzahir Pənahov bu gün keçirilən səsvermə prosesini Moldovanın paytaxtı Kişineudakı seçki məntəqələrində, Sabir Hacıyev isə Qaqauziya ərazisində yerləşən məntəqələrdə izləyir.
Qeyd edək ki, Moldovada keçirilən parlament seçkilərində 4 mindən çox yerli və xarici müşahidəçi müşahidə aparır. 2141 seçki məntəqəsində keçirilən səsvermə yerli vaxtla 21:00-da başa çatacaq. Moldova sakinləri 101 deputatı seçmək üçün səs verir.