Banqladeşdə naməlum şəxs "Biman Bangladesh Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, ələ keçirilən təyyarə Çittanqinqda ara enişi edəcək Dakka-Dubay reysini həyata keçirir.
Bildirilir ki, cinayətkar təyyarənin idarəetməsini ələ keçirmək istəyib. Yerli vaxtla təxminən saat 17:40-da təyyarənin pilotu Çittaqonq hava limanında təcili eniş edib.
"Reuters" agentliyinin məlumatına əsasən, 142 sərnişin təyyarədən çıxarılıb. "Gulf Business" qəzeti bildirir ki, təyyarənin göyərtəsində cinayətkardan əlavə 2 heyət üzvü və hüquq mühafizə orqanlarının əməkdaşları ola bilər.
Qeyd edilir ki, təhlükəsizlik qüvvələri hava limanını mühasirəyə alıblar.