ABŞ-ın Arizona ştatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş foto-sərgi başlayıb.
Teleqraf.com-a bu barədə sərginin təşkilatçısı Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) başqanı Fatih Özonur məlumat verib.
TASFO başqanı qeyd edib ki, Nyu-Yorkun mərkəzi küçələrindən birində təşkil edilmiş sərgidə ermənilərin ayrı-ayrı dövrlərdə Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım və qətliamlara dair məlumatlar da yer alıb.
Fevralın 24-dən başlayan sərgi fevralın 26-dək davam edəcək.
Sərgidən fotoları təqdim edirik: