26 Fevral 2019 00:15
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya lideri Bəşər Əsəd İranın Ali dini lideri Ayətullah Əli Xamenei ilə Tehranda görüş keçirib.

Axar.az xəbər verir ki, bu barədə Suriya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Xamenei Suriya ordusunun qələbəsindən dolayı Əsədi təbrik edib:

“Bu qələbə Qərb və amerikalıların regiondakı planlarına həlledici zərbə endirdi. Eyni zamanda bu zəfər böyük ehtiyatlılıq tələb edir. Ona görə ki, onlar (amerikalılar) bu məğlubiyyətdən sonra müəyyən həmlələr etmək barədə düşünə bilərlər”.

Tərəflər həmçinin Qərb ölkələrinin eskalasiya siyasətinə, regionda, xüsusilə İran və Suriyada xaos yaratma cəhdlərinə qarşı müqavimət göstərmək barədə həmfikir olduqlarını bəyan ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər