Kolumbiyalı məşhur müğənni Şakira İspaniyada vergidən yayınmaqda ittiham edilir.
Teleqraf.com xəbər verir ki, Kataloniyanın Espluqes-de-Lobreqat şəhər məhkəməsi müğənniyə qarşı ümumilikdə 14,5 milyon avro vergi iddiası irəli sürüb.
Şakira pulları Baham adalarında ofşor zonada yerləşən 14 şirkət vasitəsi ilə gizlədə bilib.
Müğənni bu il iyunun 12-də məhkəmədə ifadə verəcək.
Qeyd edək ki, Şakira 2012-14-cü illərdə "Barselona"nın məşhur futbolçusu Jerar Pike ilə İspaniyada yaşayıb. Vergi yayındarmaları da bu zaman baş verib.