NATO qüvvələri artıq dünəndən sualtı gəmilər arasında fəaliyyətini koordinasiya etmək və genişləndirməyi nəzərdə tutan “Dynamic Manta-2019” hərbi təlimlərinə başlayıb.
Teleqraf.com xəbər verir ki, İtaliya Hərbi Dəniz Donanmasının liderliyində keçirilən təlimlərdə NATO üzvlərindən Türkiyə, Kanada, Fransa, Almaniya, Hollandiya, İspaniya, İngiltərə və ABŞ-dan 3 mindən hərbçi iştirak edir.
Hərbi təlimlər Siciliya adasında milli və beynəlxalq sularda NATO sərhədlərini təhdid edən sualtı gəmiyə qarşı havadan və dənizdən əməkdaşlıq sayəsində birgə fəaliyyət ssenarisi üzrə keçirilir.
Təlimlər eyni zamanda Aralıq, Egey və Qara dənizdə bölgə ölkələri arasında iş birliyini inkişaf etdirmək və dənizdə təhlükəsizliyi təmin etmək, birgə dəniz təlimləri, habelə NATO-nun hərbi varlığını göstərməyi nəzərdə tutur.
Hərbi təlimlərdə ən fəal iştirak edən dəniz qüvvələrindən biri də Türkiyədir.
Təlimlər martın 8-nə qədər davam edəcək.