Suriya Prezidenti Bəşər Əsəd Tehranda İranın ali lideri Məhəmməd Əli Xamenei və İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə SANA Suriya Dövlət informasiya agentliyi məlumat yayıb.
Görüş zamanı tərəflər ikitərəfli münasibətləri müzakirə edib, iki ölkəni zəiflətməyə və stabilliyini pozmağa çalışan qüvvələrə qarşı birgə mübarizə barədə fikir mübadiləsi aparıb.
Əli Xamenei terrorizmlə mübarizədə nail olunmuş qələbələrə görə Əsədi və Suriya xalqını, eləcə də silahlı qüvvələri təbrik etdiyini bildirib.
Onun sözlərinə görə, bu qələbələr Qərbin regiondakı planlarına həlledici zərbə vurub.
İranın ali dini lideri İranın terrorizmin üzərində tam qələbə çalana qədər Suriyanı dəstəkləyəcəyini bəyan edib.
Tərəflər Qərb ölkələrinin eskalasiya siyasətinə, İran və Suriyada xaos yaratma cəhdlərinə qarşı müqavimət göstərmək barədə həmfikir olduqlarını bildiriblər.
Daha sonra Bəşər Əsəd İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
Görüş zamanı İran prezidenti Suriyanın qələbəsinin İranın və bütövlükdə müsəlmanların qələbəsi olduğunu qeyd edib.