27 Fevral 2019 07:25
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris şəhərində ermənilər Xocalısoyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirin keçirilməsinə mane olmağa cəhd göstəriblər.

"Report" xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO yanında daimi nümayəndəliyinin Xocalı soyqırımı ilə bağlı "San-Eustache" kilsəsində keçirməyi planlaşdırdığı tədbirin başlanmasına 10 dəqiqə qalmış, bir qrup erməni kilsəyə basqın edib.

Təxribatçılar qışqıraraq, kilsədəki stulları sındırmağa, qonaqlara qarşı nalayiq hərəkətlər etməyə cəhd göstəriblər.

Onlar daha sonra tədbir iştirakçılarını kilsəni tərk etməyə çağıraraq, qonaqları təhqir ediblər. Lakin tədbirə gəlmiş qonaqlar kilsəni tərk etməyiblər. Onların əksəriyyəti kilsəyə basqın edən ermənilərə öz etirazlarını bildirərək, təxribatçılardan kilsəni tərk etmələrini tələb ediblər.

Əraziyə çağrılan Fransa polisi 20 nəfərdən ibarət erməni təxribatçılarını kilsədən çıxarıblar.

Ardınca tədbirə start verilib və yüksək təhlükəsizlik şəraitində davam etdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər