İsrail Suriyadan gələrək hava sahəsini pozan pilotsuz təyyarəni vurub.
Teleqraf.com-un xəbərinə görə, İsrail ordusunun Twitter hesabından yazılan şərhdə "Hava qüvvələri İsrail-Suriya sərhədindəki Kuneytra yaxınlarında Suriyadan gələrək İsrailin hava məkanına daxil olan pilotsuz təyyarəni "Patriot" raketi ilə vuraraq yerə saldı" bildirilib.
Adının açıqlanmasını istəməyən bir ordu səlahiyyətlisi isə həmin təyyarənin Suriya rejiminə, yoxsa müxaliflərə aid olduğunu bilmədiklərini söyləyib.
Suriya tərəfindən isə mövzuya bağlı hələ hər hansı bir açılama verilməyib.
Nihad