Pakistan Hərbi Hava Qüvvələrinə məxsus 3 qırıcı Hindistan sərhədlərinə daxil olub.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan rəsmiləri bölgədəki Srinaqar hava limanının yaxın 3 saatda bağlı saxlanılacağını elan edib.
Qeyd edək ki, Hindistan və Pakistan arasında Kəşmir üzərində gərginlik davam edir. Dünən Hindistan qırıcıları Pakistan sərhədlərini pozaraq terrorçu düşərgələrini vurduğunu açıqlamışdı.
Hindistandan verilən açıqlamada Pakistan ordusuna aid qırıcıların Hindistanın nəzarətində olan Kəşmir üzərində uçuşlar edərək hava sahəsini pozduğu bildirilib.
Pakistan Daxili İşlər Nazirliyi qırıcılarının Kəşmir üzərində uçuşlar həyata keçirdiyini təsdiq edib.