Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə olaraq 3 dənizdə (Egey, Qara və Aralıq) eyni vaxtda 103 gəminin iştirakı ilə “Mavi Vətən-2019” hərbi təlimləri başlayıb.
Teleqraf.com xəbər verir ki, bu, Türkiyə tarixində indiyə qədər ən böyük hərbi təlim hesab olunur.
Qeyd edək ki, təlimlər Baş Qərargahın illik proqramı çərçivəsində Dəniz Qüvvələr Komandanlığında planlaşdırılıb və Dəniz Hərbi Mərkəzi Komandanlığı tərəfindən icra edilir.