Hollandiyanın Rotterdam limanında Şimali Koreya lideri Kem Çen İn və ordusu üçün Rusiyada istehsal olunan 90 min ədəd şüşə araq müsadirə olunub.
Teleqraf.com xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurasının Şimali Koreyaya sanksiyalar tətbiq edilməsi haqda qərarına istinad edərək araqlar müsadirə edilib.
Hollandiyanın xarici ticarət və inkişaf naziri Sigrid Kaag faktı təsdiq edib.
Məlumata görə, Hollandiya gömrük əməkdaşları ötən həftə Şimali Koreya liderinə göndəriləcək araqlarla bağlı məlumat əldə edib. Cümə günü isə Hollandiya Xarici Ticarət və İnkişaf Nazirliyinin göstərişi ilə Rotterdam limanında Çenə məxsus Nebula adlı gəmi saxlanılıb və axtarış aparılıb. Bu zaman 90 min şüşə qabda araq müsadirə olunub.
Hazırda araqların Şimali Koreya liderinə aid olub-olmadığına dair ciddi araşdırmalara başlanılıb.
Qeyd edək ki, Hollandiya ötən ildə Şimali Koreyaya aid olan 2 partiya arağı müsadirə etmişdi.