1 Sentyabr 2014 23:19
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Merkel: "Ukraynaya silah verməyəcəyik"

Teleqraf.com-un xəbərinə görə, bunu Almaniya kansleri Angela Merkel Brüsseldə dövlət başçıları və AB üzvü ölkələrin hökumət başçılarının zirvə toplantısından sonra bildirib. O, bu mövzuda AB liderləri arasında müxtəlif fikirlər olduğunu deyib.

Merkel bildirib ki, silah təchizatı Ukraynada münaqişənin hərbi yolla həll ediləcəyi kimi yanlış təəssürat yarada bilər.

"Mən belə düşünmürəm. Bizim Ukraynaya silah verməmək barədə mövqeyimiz NATO-nun bir həftə sonra keçiriləcək sammitinə qədər də dəyişməyəcək", - Almaniya kansleri əlavə edib.

"Şəxsən mən Ukraynaya silah verilməsini Almaniya üçün qəbuledilməz hesab edirəm. Başqa ölkələr isə buna fərli yanaşa bilər. Amma Brüsseldə bu məsələ geniş mzakirə edilmədi", - Merkel bildirib.

Qeyd edək ki, Ukraynaya silahla yardım olunmasını Litva tələb edir.

Nihad


Müəllif:

Oxşar xəbərlər