27 Fevral 2019 21:00
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranla dostluq və tərəfdaşlıq əlaqələri Ermənistan xarici siyasətində prioritetdir. İndi əlaqələrimizdə yeni mərhələ yaranıb. İran və Avrasiya İqtisadi Birliyi ilə azad ticarət zonası haqqında saziş imzalayıb. Ermənistan bu prosesdə yaxından iştirak edəcək. Ümid edirəm, biz bunun praktik nəticələrini tezliklə görəcəyik”

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İranın "İRNA" nəşrinə verdiyi müsahibəsində bildirib.

O qeyd edib ki, Ermənistan və İran arasındakı çoxəsrlik dostluq münasibətləri mövcuddur: "Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığa dair böyük potensial var. Ermənistan və İran arasında çoxəsrlik dostluq müxtəlif sivilizasiyalar arasında birgə yaşayışa yaxşı nümunədir".
.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər