ABŞ Prezidenti Donald Trampla Şimali Koreya Dövlət Şurasının sədri Kim Çen In Hanoy sammiti çərçivəsində sabah - fevralın 28-də saziş imzalamaq niyyətindədirlər.
Bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.
Yerli vaxtla saat 14:05-də imzalanacaq sənədin mahiyyəti açıqlanmır.
Bununla yanaşı, tərəflərin həmin gün 45 dəqiqə ərzində təkbətək görüş keçirəcəkləri də bildirilir.