Pakistan və Hindistan arasındakı fəaliyyət göstərən qatar marşrutunun hərəkəti qeyri-müəyyən vaxta qədər dayandırılıb.
Teleqraf.com xatırladır ki, Hindistanın Dehli şəhəri ilə Pakistanın Lahor şəhəri arasında işləyən qatarın fəaliyyəti bu gün dayandırılıb.
Pakistan Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, qatar səfərləri iki ölkə arasında artan gərginlik səbəbindən dayandırılıb.
Bildirilib ki, iki ölkə arasında gərginliyin normal axara qayıtması və təhlükəsizlik problemlərinin aradan qaldırılmasından sonra qatarların fəaliyyəti bərpa edilə bilər.
Xatırladaq ki, həftədə iki dəfə Dehli-Lahor marşrutu ilə hərəkət edən qatara Pakistan və Hindistan dəmir yolları tərəfindən birgə nəzarət edilir.