Vyetnamın paytaxtı Hanoyda ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında aparılan danışıqlardan sonra nəzərdə tutulan birgə nahar son anda ləğv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Artıq hər iki liderin korteji “Sofitel Legend Metropole” hotelini tərk edib.
Az öncə danışıqların nəzərdə tutulduğu vaxtdan tez başa çatdığı açıqlanmışdı. Bundan sonra Ağ Ev bəyan etmişdi ki, Tramp və Kim Çen heç bir razılaşma əldə etməyiblər.
“Heç bir razılıq əldə olunmadı”, – bəyan edən Ağ Evdən qeyd etmişdilər ki, hər iki tərəfin komandası danışıqların gələcəkdə davam etdirilməsinə ümid edirlər.
Qeyd edildiyi kimi, bir gün əvvəl anonsu verilmiş birgə bəyanatın imzalanması da mümkün olmayıb.