Pakistan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin xarici işlər nazirlərinin 46-cı görüşünü boykot edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının xarici işlər naziri Çah Mahmud Qureyşi bildirib.
Nazir deyib ki, İƏT xarici işlər nazirlərinin 46-cı görüşünü Hindistanın orda iştirakı səbəbindən boykot edirlər.
Qeyd edək ki, İƏT xarici işlər nazirlərinin toplantısı Birləşmiş Ərəb Əmirliyində keçiriləcək.