1 Mart 2019 13:50
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Perunun cənub-şərqində 7.1 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti informasiya yayıb.

258 kilometr dərinlikdə baş verən zəlzələnini episentri Asanqaro şəhərindən 9 kilometr şimal-qərbdə qeydə alınıb.

Dağıntılar və ya insan itkisi barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan öncə zəlzələ proqnozları ilə məşhurlaşan Frank Hugerbits növbəti dəhşətli təkanların olacağını demişdi. O iddia etmişdi ki, 1960-cı ildə Çilidə baş verən 9.5 ballıq və 1964-cü illərdə Alyaskadakı 9.2 ballıq zəlzələlərlə 26 fevral 2019-cu ildəki şərtlər üst-üstə düşür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər