2 Mart 2019 11:29
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hakimiyyət orqanları Krımı ona görə qoruyub saxlaya bilmədilər ki, bu məsələdə düzgün mövqe tutmamışdılar.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə ölkə prezidentliyinə namizəd İlya Kiva çıxış edib.

“Krımı saxlamaq üçün yalnız bir mövqeyə ehtiyac vardı. Ukrayna qanunvericiliyini, Ukrayna dövlətinin maraqlarını müdafiə etməyə hazır olanları dəstəkləmək lazım idi”, – deyə siyasətçi “NewsOne” telekanalının efirində bildirib.

İ.Kiva həmçinin qeyd edib ki, Donetskdə və Luqanskda bu regionların gələcək statusu ilə bağlı keçirilən referendumdan sonra Krasnoarmeysk şəhəri Ukraynada qalmışdı. Çünki Ukrayna hakimiyyəti seçki qutusunu müsadirə etmiş və bülletenləri yandırmışdı.

Xatırladaq ki, 16 mart 2014-cü il tarixində keçirilən referendumdan sonra Krım Rusiya Federasiyasının bir hissəsi olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər