Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu indiyədək 20 ölkə ilə sərbəst ticarət müqaviləsi imzaladıqlarını, daha 17 ölkə ilə də bu istiqamətdə danışıqlar apardıqlarını bildirib.
Teleqraf.com xəbər verir ki, nazir bu müzakirələrin aparıldığı ölkələrin əhatə dairəsinin çox geniş olduğunu vurğulayıb:
“Ekvadordan Ukraynaya, Yaponiyadan Tailanda, İndoneziyaya qədər bir sıra ölkələrlə çox sıx müzakirələr aparırıq. Ukrayna ilə qarşıdakı günlərdə imzalama imkanımız var, sona gəlmişik. Yaponiya ilə inşallah, iyun ayında imzalayacağıq”.