Fransanın Strasburq şəhərindəki qədim sinaqoqun yaxınlığında yəhudi xatirə abidəsi dağıdılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat verib. Abidə İkinci Dünya müharibəsi zamanı öldürülən yəhudilərin xatirəsinə qoyulmuşdu.
Qeyd edək ki, fevralın 19-da Alzas regionunda yəhudi qəbiristanlığında 80-ə yaxın qəbir dağıdılmışdı. Həmin gün ölkədə antisemitizm əleyhinə keçirilən kütləvi nümayişə Prezident Emmanuel Makron, Senatın sədri Jerar Larşe, Milli Assambleyanın sədri Rişar Ferran da qatılmışdılar. Yerli mətbuat 2018-ci ildə Fransada antisemitizm aktlarının artdığını bildirir.