Rusiyanın Tula vilayətində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 10 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, xəsarət alanlardan səkkizinin uşaq, ikisinin isə böyük olduğu bildirilir. Avtobus minik avtomobili ilə toqquşduqdan sonra aşıb.
Yaralananların yüngül xəsarətlə xəstəxanaya çatdırıldığı deyilir.