İstanbulun Güngörən rayonunda beşmərtəbəli binanın elektrik panelində partlayış baş verib. Partlayış nəticəsində meydana gələn tüstüdən 22 sakin zəhərlənib.
Hadisə yerinə çoxlu sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.
Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.